İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini kommersiyalaşdırmaq lazımdır - Mərkəzi Bankın sədri

13:05 31.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini kommersiyalaşdırmaq lazımdır.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 31-də keçirdiyi mətbuat konfransında deyib.

"Bankların uzunmüddətli resursları yoxdur. Onların ipoteka vermək imkanı artırılmalıdır. İpoteka və Kredit Zəmanət Fondunun daxili bazardan vəsait cəlb etməsi istiqamətində işləmək olar”, - deyə E. Rüstəmov qeyd edib.

E.Rüstəmov ipoteka kreditlərinin həcminin artırılması üçün layihənin hazırlana biləcəyini də deyib.